
“Reuters” xəbər agentliyi Livanın cənubundakı sərhəd bölgəsində hadisələri işıqlandıran operator İssam Abdullahın öldüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, “Reuters”in məlumatına görə, operator İsraildən atılan raketlər nəticəsində həlak olub.
Hücumda iki jurnalisti yaralanan Qətər mərkəzli Əl-Cəzirə media şəbəkəsi də Livanın cənubunda jurnalistlərə hücumda İsraili günahlandırıb.
Bir gün əvvəl Livanın baş naziri Nəcib Mikati İsrailin ölkənin cənubundakı sərhəd bölgəsində jurnalistlərə qarşı qəsdən hücum təşkil etdiyini bildirmişdi.
Bu arada İsrail ordusunun nümayəndəsi “Anadolu” ilə söhbətində bildirib ki, İsrail tərəfi hadisəni inkar və ya təsdiq etmir, həmçinin təfərrüatları öyrənir.
Səid Əhmədli
Gununsesi.info