HƏMAS-ın hərbi hava qüvvələrinin rəhbəri öldürüldü

İsrailin Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri HƏMAS-ın əməliyyat qərargahına hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail HHQ “X” platformasında məlumat yayıb.

Qeyd edilib ki, hücum zamanı HƏMAS-ın Qəzzadakı hava qüvvələrinin rəhbəri Murad Əbu Murad öldürülüb.