
Türkiyəyə də milyonlarla turist gətirən Britaniya aviaşirkəti “Easyjet” toplam 257 təyyarə sifarişi üçün müqavilə imzalayıb.
Gununsesi.info xəbər verir ki,müqaviləyə əsasən, Britaniya şirkətinin 56 ədəd A320neo və 101 ədəd “A321neo” təyyarəsi almaq üçün sifariş verdiyi, 100 ədəd təyyarə variantının da razılaşmaya daxil edildiyi bildirilib.
Sifarişlərin 2029-2034-cü illər arasında “Easyjet”ə çatdırılması planlaşdırılır.
“Bizim strategiyamız nəticələr əldə etməkdir və buna görə də bu gün daha çox müştəriyə xidmət göstərmək və səhmdarlara cəlbedici gəlirlər təqdim etmək üçün iddialı bir yol xəritəsi hazırlamışıq”, – deyə “Easyjet” şirkətinin baş icraçı direktoru Yohan Lundqren bildirib.
Səid Əhmədli
Gununsesi.info