Nazilə Səfərliyə ağır itki - FOTO

Şair Nazilə Səfərlinin ailəsində ağır itki üz verib. 

Gununsesi.info xəbər verir ki, Nazilənin nənəsi Yasəmən 91 yaşında dünyasını dəyişib. Bu haqda şair özü məlumat verib.

O bildirib ki, toyda olarkən nənəsinin ölüm xəbərini eşidib:

“Nənəmizə ana deyirdik. Sənin xeyir-duanı o qədər istəyirdim… Halallıq verəsən deyə, kəndə getdim. Yenə də kəndə gedirəm. Daha heç bir tərəfdən nə nənəm, nə babam qaldı”.