Amerikalı senator Baydenin köməkçisinin istefasını tələb etdi

“ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan səriştəsizliyə görə dərhal vəzifəsindən uzaqlaşdırılmalıdır”.

Gununsesi.info xəbər verir ki, ABŞ Senatının üzvü Marşa Blekbern (Tennessi ştatından olan respublikaçı) Amerika dövlətinin başçısına məktubda bu müraciətlə çıxış edib.

“Bu gün sizə yazıram ki, Ceyk Sallivanın milli təhlükəsizlik üzrə köməkçiniz vəzifəsindən dərhal istefasını tələb edirəm”, – deyə o qeyd edib.

Bu barədə qanunvericinin oktyabrın 13-də ABŞ prezidentinə müraciətində deyilir. “Sallivan mütəmadi olaraq bütün hökuməti dünya üzrə təhlükəsizlik təhdidlərinin vəziyyəti haqqında yanlış məlumatlandırır. HƏMAS-ın İsrailə qəfil qəfil hücumuna başlamazdan cəmi səkkiz gün əvvəl o, “Yaxın Şərq bu gün iyirmi ildə olduğundan daha sakitdir” demişdi”, – deyə Blekbern bildirib.

Blekbern həmçinin Sallivanın İran siyasətini də tənqid edib. “İrana qarşı sanksiyaların yumşaldılması və digər [ölkələrin] bu sanksiyaların tətbiqinə cəlb edilməməsi effektiv həll yolu deyil və bu hücum [HƏMAS-ın İsrailə hücumu] bunun bariz nümunəsidir”, – deyə o əlavə edib.

Səid Əhmədli
Gununsesi.info