Müharibə bölgəsində olan müxbir ağladı

Yaralıların müalicə olunduğu xəstəxanadan reportaj hazırlayan BBC müxbiri göz yaşlarını saxlaya bilməyib ağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Müxbir Adnan El-Bursh Qəzzada yaralıların və həyatını itirənlərin aparıldığı Şifa Xəstəxanası haqqında reportaj hazırlayarkən göz yaşlarına boğulub.

Bir anda diz çökən El-Burş cəsədlər arasında dostlarını və qonşularını gördüyünü deyib.

Yaşadıqlarının çox travmatik olduğunu vurğulayan El-Burş, “Cəsədlər hər yerdədir. Həyatımda heç vaxt unuda bilməyəcəyim şeylər gördüm. Gördüklərimi heç vaxt unutmayacam”- deyə, çıxışını sonlandırıb.

 

Gununsesi.info