
İsrail qırıcıları Qəzza zolağında bir neçə hədəfə zərbələr endirib, onlarla HƏMAS silahlısını zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Ordunun Telegram kanalında dərc edilən məlumatda deyilir: “SAXAL Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirməkdə davam edir və onlarla Nuxba (HƏMAS-ın elit bölməsi-red.) terrorçusunu məhv edib”.
İsrail ordusu bildirib ki, SAXAL döyüşçüləri gecə “geniş miqyaslı zərbələr” həyata keçirib. Məlumatda deyilir ki, Nuxba silahlıları “keçən şənbə günü İsrailə sızmağa rəhbərlik edən aparıcı qüvvələrdən biri idi”.
Səid Əhmədli
Gununsesi.info