
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında hərbi əməliyyat keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Türk hərbçiləri Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsinə hücum hazırlığı edən 5 PKK/PYD terrorçusunu zərərsizləşdirib.
Bildirilir ki, tək istəkləri bölgəni qana bulmaq olan PKK/PYD terrorçuları haqq etdikləri kimi, qarşılıq alırlar.
Tərcümə: Arzu