Avstraliya ABŞ-dan 6,6 milyard dollar dəyərində nəqliyyat təyyarəsi alacaq

  • By arzu
  • 24 İyul 2023 16:25

Avstraliyanın Müdafiə Naziri Riçard Marles ölkəsinin Amerikadan yeni təyyarələr alacağını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, Avstraliya ABŞ-dan 20 ədəd “C-130J Hercules” tipli nəqliyyat təyyarələri satın alaaq.

Satışın dəyəri 6,6 milyard dollar dəyərindədir.

Eyni tip təyyarələr 2027-ci ilədək Avstraliyaya təslim edilməlidir.

Yeni alınacaq nəqliyyat vasitələri köhnə model təyyarələri əvəzləyəcək.

Təyyarələr “axtarış, fövqəladə hallar və təcili tibbi yardım” məqsədi ilə istifadə ediləcək.

 

Tərcümə: Arzu

Gununsesi.info