Meksikada qanlı qəza: 18 adam can verdi

  • By arzu
  • 04 Avqust 2023 16:10

Meksikada qanlı avtomobil qəzası olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 18 adam ölüb, 23 nəfər isə yaralanıb.

İçində köçkünlərin olduğu sərnişin avtobusu Meksikada Amerikaya gedərkən yüksəklikdən dərəyə yuvarlanıb.

Olay bu ölkənin Nayarit bölgəsində gerçəkləşib.

40 metr yüksəklikdən yerə yuvarlanan avtobusun yaralı sürücüsü nəzarət altına alınıb.

Avtobusdakı sərnişinlərin çoxu Hindistan, Dominikan Respublikası və digər Afrika ölkələrindən imiş.

 

Tərcümə: Arzu

Gununsesi.info