Ərdoğan Türkiyə və Azərbaycan arasında mədənçilik anlaşmasını təsdiqlədi

  • By arzu
  • 04 Avqust 2023 15:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan mədənçilik anlaşmasını təsdi edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də dərc edilib.

Bakıda 2021-ci ilin dekabrında imzalanan “Türkiyə Respublikası və Azərbaycan Respublikası Hökuməti arasında Mədənçilik Sahəsində İşbirliyi Anlaşması” şəffaflığın” və “etibarlılığın” artırılmasına xidmət edəcək.

İki ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan anlaşma mədən aramaları, araşdırma və emalındakı işlərin, mədən yataqlarının əlverişli istifadəsi və qorunmasına dair tətbiqləri əhatə edir.

Geoloji araşdırma, mədən qaynaqlarının axtarışı və təhsil proqramları yolu ilə bilgi və təcrübə paylaşımı ediləcək.

Mədənçilik sektorunun inkişafı ilə bağlı elmi və sənaye statisitkaları daxil olmaqla, texniki, texnoloji, elmi və qanunvericilik üzrə bilgi alış-verişi təmin ediləcək.

Mədən axtarışları işləri nəticəsində ortaya çxıarılan cövhər özəlliklərinin və miqdarının beynəlxalq çapda qəbul görəcək bir standarta görə bəlli edlməsinə yönəlik çalışmalar tətbiq ediləcək.

Tərəflər arasında usta mütəxəssislərə yönəlik tədris proqramları keçiriləcək və mütəxəssis dəyişdirilməsi yolu ilə təcrübələr paylaşılacaq.

Metal sahəsində mədənləlrə bağlı ortaq çalışmalar gerçəkləşdiriləcək.

Eləcə də, tərəflər anlaşmanın tətbiqi məqsədi ilə bir “Mədənçilik İş Qrupu” yaradılmasına və hər iki ölkədə mədənçilik saəsində çalışacaq ortaq cəhdlər və (ya) özəl şirkətləri vasitəsi ilə birlikdə çalışacaq.

 

Tərcümə: Arzu

Gununsesi.info