Qadınlara təcavüz edən şəxs həbs edilib

Amerikanın Maryland ştatında 70 yaşlı kişi cinsi təcavüz ittihamı ilə həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fox News məlumat verib.

1978-1986-cı illərdə qadınlara təcavüz edən şəxslərdən o zamanda kimliyi məlum olmayıb.

Lakin 2018-ci ildə cinayətkarın yaşadığı dairədə uzun müddət araşdırmalar olunub.

Daha sonra isə 40 il əvvəl toplanmış əsas sübutlar həmin ərazidə yerləşən təcili yardım şöbəsinin həkimi tərəfindən əldə edilib.

Avqustun 2-də rayon polisi yaşlı kişini həbs edərək, onu beş qadına təcavüz etməkdə ittiham edib. Saxlanılan şəxsin cinayətdə iştirakı məhkəmə-tibb ekspertizasının sübutları ilə təsdiqlənib.

Təqsirləndirilən şəxs hazırda həbsdədir. Onun cinayətləri ilə bağlı istintaqı davam edir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info