
Almaniyaya sığınacaq üçün müraciət edən xarici vətəndaşların sayı keçən il əvvəlki ilə nisbətən 3 faiz artıb.
Gununsesi.info xəbər verir ki, Türkiyə, Əfqanıstan və Suriyadan gələn qaçqınların sayındakı artıma təsir edib. Federal Statistika İdarəsinin məlumatlarına görə, 2023-cü ilin sonuna qədər Mərkəzi Əcnəbilər Reyestrində qeydiyyata alınan sığınacaq axtaranların sayı əvvəlki ilə nisbətən 95 min artaraq 3 milyon 170 minə çatıb.
Sözügedən rəqəm sayı beynəlxalq hüquq, humanitar və ya siyasi səbəblərə görə Almaniyaya sığınacaq üçün müraciət edənlərdir.
Xatırladaq ki, 3 milyon 170 min qaçqının 977 mini müharibədən sonra ölkəsini tərk edərək Almaniyaya sığınan Ukrayna vətəndaşlarıdır. Ukraynalıların sayı əvvəlki ilə nisbətən 3 faiz azalarkən, suriyalı qaçqınların sayı 6 faiz artaraq 721 minə, əfqanların sayı isə 12 faiz artaraq 323 minə çatıb. Türkiyə vətəndaşlarının isə sayı əvvəlki ilə nisbətən yüzdə 51 artaraq 152 minə çatıb.
Məlumata əsasən ilin birinci rübündə Almaniyada deportasiya edilənlərin sayı da 2023-cü ilin eyni dövrü ilə müqayisədə artıb.
Daxili İşlər Nazirliyinin Sol Partiyanın deputat sualına verdiyi cavaba görə, 2024-cü ilin mart ayının sonuna kimi yaşayış icazəsi verilməyən 4 min 791 nəfər deportasiya edilib.
2023-cü ilin yanvar-mart dövründə deportasiya edilənlərin sayı 3 min 566 nəfər olaraq qeyd edilib.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, 2023-cü ildə deportasiya edilənlərin ümumi sayı 16 min 430 nəfərdir.
2024-cü ilin yanvar-mart dövründə deportasiya edilən əcnəbilər arasında birinci yeri 483 nəfərlə Şimali Makedoniya vətəndaşları, ikinci yerdə 449 nəfərlə Türkiyə vətəndaşları təşkil edir.
Qeyd edək ki, ilin ilk üç ayında 449 Türkiyə vətəndaşı deportasiya edilib.
Şəbnəm
Gununsesi.info