
İran parlamentinin keçmiş spikeri Əli Laricani növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu barədə məlumatı “Tasnim” yayıb.
Məlumata görə, 66 yaşlı iranlı siyasətçi bu gün sənədlərini təqdim edib.
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-da başlayıb və iyunun 3-nə qədər davam edəcək. Namizədlərin yekun siyahısı iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.
Onu da qeyd edək ki, Ə.Laricani 2008-2020-ci illərdə İran parlamentinin sədri olub. O, 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı da namizəd olmasına baxmayaraq, 7 namizəd arasında altıncı yeri tutub. Həmin seçkilərdə isə Mahmud Əhmədinecad qalib gəlmişdi.