Zelenski: Savaşı rus torpaqlarına daşımaq istəmirik

  • By arzu
  • 09 Avqust 2023 13:30

Ukrayna lideri Volodimir Zelenski ölkəsinin Rusyaya qarşı başlatdığ hücumun yavaş irəlilədiyini bildirərək müharibənin rus torpaqlarına daşımaq istəmədiklərini bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Latın Amerikasının mətbuat orqanlarına verdiyi açıqlamada gündəmdə olan mövzulardan danışıb.

Ukrayna ordusunun rus hərbi qüvvələrinə qarşı əks-hücum başlatdığını söyləyən Zelenski belə deyib:

“Hücum çətindir, ola bilsin ki, digərlərinin istədiyindən daha yavaş irəliləyir. Bu səbəbdən də, döyüşmək çox çətindir. Rusiya Ukrayna torpaqlarından çıxmalıdır. Ukrayna döyüşü rus torpalqarında davam etdirməyi planlaşdırmır. Belə bir hədəfimiz də yoxdur. Heç bir zaman da olmadı. Öz torpaqlarımızı işğaldan qurtaracağıq”.

Ukrayna lideri barışıq üçün formul təsis etdiklərini və bu yolda iş getdiyini bildirib.

“Bu formul Ukraynada barışığın təminatının ən doğru və tək diplomatik yoludur”, – deyə Zelenski söyləyib.

Onun fikrincə, nəzərdə tutduqları formul həll prosesinidə istifadə edilə biləcək.

Tərcümə: Arzu