
Banqladeşdə Danq Qızdırması virusu pandemiyaya çevrilib. Nəzarətdən çıxan xəstəlik ölkə boyunca təhlükəyə çevrilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Danq Qızdırması 90 min adamın yoluxmasına, 416 nəfəriin isə ölümünə səbəb olib.
Son 24 saatda ölkədə 18 nəfər həyatını itirib.
Dövlət işçiləri Danq Qızdırması xəstələri sayının Dünya Səhiyyə Təşkilatının proqnozlaşdırdığı rəqəmi çoxdan ötdüyünü bildiriblər.
Danq Qızdırması tropik və subtropik bölgələrdə görülür. Ağcaqanad vasitəsi ilə bulaşır.
Öncə yumşaq qızdırma, sonradan sərtləşməyə və güclənməyə başlayır.
Tərcümə: Arzu