Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 254 920 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 313 tank, 8 370 zirehli maşın, 5 128 artilleriya sistemi, 714 RYAS (reaktiv yaylım atəşi sistemi), 482 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 314 helikopter, 4 242 PUA, 1 387 qanadlı raket, 18 gəmi/qayıq, 7 584 avtomobil texnikası və avtosistern, 769 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.