
İngiltərənin Müdafiə Nazirliyi rus yetkililərin “Vaqner” silahlı döyüşçülərə maliyyə yardımını dayandır biləcəyini bildirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin mətbuat açıqlamasında iyun ayındakı uöursuz üsyandan sonra “Vaqner”in qurucusu Yevqeni Priqojinin digər işlərinə qarşı hərəkətə keçildiyi vurğulanıb.
“Əgər rus dövləti “Vaqner”ə ödəmə etməyəcəksə, ikinci ehtimalda maliyyəçi Belarus yetkililəri olar”, – deyə açıqlamada ifadə edilir.
İngiltərənin Müdafiə Nazirliyi “Vaqner” silahlı döyüşçülərinin gedərək maaşlarının azaldılması və yenidən qurulması üçün addım atıldığını açıqlayıb.
Xatırladaq ki, “Vaqner” muzdlu silahlı döyüşçüləri bu ilin iyun ayında rus əsgəri heyətinin liderliyinə qarşı bir üsyan başlatmışdı. Bir gün sürmədən üsyan dayandırılmış və “Vaqner” silahlı döyüşçülərinin maaşlarının ödənəcəyi ilə bağlı razılıq əldə edilmişdi.