
Bu ilin iyul ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi iki Fələstin liderində ortaq addım qərara alınıb.
Gununsesi.info xarici mətbuata istiadən xəbər verir ki, Türkiyəyə gələn Fələstin Prezidenti Mahmud Abbas və “Həmas” lideri İsmayıl Həniyə ilə öz aralarında barışıq sənədlərini müzairə etmək üçün qruplar arasında bir komitənin qurulmasının sürətləndirilməsi mövzusunda anlaşıblar.
“Həmas”ın etdiyi açıqlamada iki tərəf Baş katib səviyyəsində Misirin Əl-Alameyn şəhərində toplantı gerçəkləşdirib. “Həmas” lideri Həniyə Fələstin Prezidenti Mahmud Abbasa görüşün nəticələri haqqında bilgi verib.
Görüşdə bütün dosyeləri müzakirə edəcək olan qruplar arasında izləmə komitəsinin qurulması razılaşdırılıb.
Ayrıca, mövcud zorakılıqlara qarşı dura bilmək üçün ortaq milli yanaşmanı gücləndirmək üçün Fələstin xalqı arasındakı birliyi təmin etməyə yaxınlaşdıran addımlarla irəliləməyin lazımlılığı bildirilib.
Tərcümə: Arzu