
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin Bakıda və ya İrəvanda Qarabağdan sülhməramlıların çıxarılmasını müzakirə etməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə deyib.
“Bir sıra kütləvi informasiya vasitələrində Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin Bakıda və ya İrəvanda Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması ilə bağlı müzakirələr aparması ilə bağlı məlumatlar reallığa uyğun deyil. Söhbət sülhməramlıların cari fəaliyyəti ilə bağlı planlaşdırılmış təmaslardan gedir”, – agentliyin həmsöhbəti bildirib.
Səid Əhmədli
Gununsesi.info