Ərdoğan: “İsrail hakimiyyəti özünü təşkilat kimi aparır”

  • By admin
  • 20 Oktyabr 2023 22:39

İsrail və HƏMAS arasında qarşıdurmalar davam edərkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yeni çağırış.

Gununsesi.info bildirir ki,  Ərdoğan sosial şəbəkədəki paylaşımında “İsrail rəhbərliyi özünü bir təşkilat kimi aparır. Soyqırım sayılan əməliyyatları dərhal dayandırması çağırışımızı bir daha təkrar edirəm” deyə yazıb.

Ərdoğan yazıb ki, Qəzzaya qarşı genişlənən hücumlar daha çox ağrı, ölüm və göz yaşlarından başqa bir şey gətirməyəcək:  “İsrail öz kökündən üz döndərib, dövlətin köməyi ilə hərəkət etmək əvəzinə, bölgə xaricindəki aktyorların təşviqi ilə bir təşkilat kimi fəaliyyət göstərir”. 

 

Elmar

Gununsesi.info