Beynəlxalq Jurnalistlər Federasiyası: Qəzza zolağında 16 jurnalist öldürülüb

İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi başlayandan, yəni oktyabrın 7-dən Qəzza zolağında 16 media işçisi həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) sosial şəbəkələrdə dərc olunan məlumatında deyilir.

“Hazırda Qəzza zolağında HƏMAS və İsrail arasında davam edən qarşıdurmalarda 16 jurnalist həlak olub. Bundan əlavə, xeyli sayda media işçisi yaralanıb və ya itkin düşüb”, – deyə məlumatda bildirilir.

Ölən media işçiləri arasında Muhəmməd Əli, Xəlil Əbu Əzirə, Semih əl-Nadi, İsam Behar, Muhəmməd Bəluçe, Əbdülhadi Həbib, Hussam Mübarək, Əhməd Şihab, Muhəmməd Fayiz Yusuf Əbu Mətar, Səid əl-Tavil, Muhəmməd Sübh, Hişam ən- Navajiha, Esad Şamleh, Muhamməd əs-Salihi, İbrahim Lafi və Mohammed Jerun var.

Məlumatda qeyd olunur ki, bundan başqa, bir jurnalistin və fotomüxbirin taleyi ilə bağlı heç nə məlum deyil.

Beynəlxalq Jurnalistlər Federasiyası hadisələri yerlərdə işıqlandıran media işçilərini lazımi ehtiyat tədbirləri görməyə və qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.

Bundan əvvəl 13 media əməkdaşının öldüyü bildirilib.