
Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Fransa və Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalanacaq. Müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınması nəzərdə tutulub.
Gununsesi.info-nun məlumatına görə, nazir deyib ki, Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək” imkanı vermək lazımdır.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, görünür, Fransada hesab edirlər ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır. “Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Biz Türkiyə və İsraildən lazımı silahlar alırıq, eyni zamanda İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa İttifaqı dövlətlərini Azərbaycan silah və hərbi texnika satmasını asanlaşdıracaq”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransaya səfər edib.
Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornü “Le Parisien” saytına müsahibəsində bildirib ki, Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək.
Gununsesi.info