Şeyx Portuqaliyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Portuqaliyaya səfər edəcək. 

Gununsesi.info xəbər verir ki, Şeyx 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək.

Noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına qatılacaq.

Qeyd edək ki, A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.

 

 

Gununsesi.info