
“Gürcüstan müxalifətindən nə prezident, nə də əhali razı deyil”.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Mtavari telekanalına müsahibəsində deyib.
“Heç kim müxalifətdən razı deyil – nə mən, nə də əhali, çünki müxalifət başqa şeyə hazırlaşdırılmışdı. Biz nizamnaməyə uyğun fəaliyyət planını bilirdik, hansı qanunlar qəbul olunmalı, növbəti seçkilərə necə çatmalıyıq”, – deyə Zurabişvili Gürcüstanın müsahibəsində deyib.
O, qeyd edib ki, siyasi partiyalar küçə etirazlarına yox, seçkilərə hazırlaşır.
Xatırladaq ki, oktyabrın 26-da keçirilən parlament seçkilərində “Gürcü arzusu” qalib gəlib.
“Gürcü Arzusu” partiyası çoxluğu qoruyub saxlayıb və ölkənin yeni hökumətini formalaşdıracaq. Eyni zamanda, hakim partiya Tbilisi, Kutaisi və Batumidə 50%-dən az səs toplayıb.
Noyabrın 16-da Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair yekun hesabatı dərc edib, “Gürcü arzusu” partiyası 53,93 faiz səslə qalib gəlib.
Prezident Zurabişvili vətəndaşları mitinqlərə çıxmağa çağıraraq seçkinin nəticələrini tanımayıb.
Noyabrın 18-də o, yenidən parlament seçkilərinin keçirilməsinə çağırıb.
O qeyd edib ki, Gürcüstan hazırda “sabitliyin pozulması və ikili hakimiyyət” yolundadır.
Seçkilərin nəticələri ilə bağlı şübhələr Aİ və ABŞ-da da ifadə olunub.