İstanbul hava limanından bəzi uçuşlar ləğv olundu – SƏBƏB

  • By Günel
  • 22 Noyabr 2024 23:33

İstanbulda Sabiha Gökçen hava limanında sabaha planlaşdırılan bəzi uçuşlar ləğv olunub.

Gununsesi.info xəbər verir ki, Sabiha Gökçen hava limanı açıqlama yayıb.

Bildirilib ki, “Sabiha Gökçen hava limanında gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar nəzərdə sabah saat 15:00-a qədər nəzərdə tutulan uçuşların yüzdə 10-u Baş İdarənin qərarı ilə ləğv ediləcək.

Sərnişinlərin səfərləri ilə bağlı hava limanının rəsmi səhifəsindən məlumat almaları tövsiyə edilib.

Gununsesi.info