İran prezidenti özünə köməkçi təyin etdi

İran Prezidenti Məsud Pezeşkian özünə köməkçi təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, Pezeşkianın sərəncamı ilə Hödcət-ül-İslam Ələvi prezidentin xüsusi köməkçisi, həmçinin Millətlər və Dinlər Şurasının rəhbəri təyin edilib.