İsrailin zərbəsi nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb

  • By Günel
  • 23 Noyabr 2024 08:29

İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində azı 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir k, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Mərkəzi “X” hesabında məlumat yayıb.

“Hava hücumu zamanı səkkiz mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hadisə yerində işləyir. Qurbanların və yaralananların sayı arta bilər”, – qurum qeyd edib.

Gununsesi.info