Livanda BMT-nin 4 sülhməramlısı yaralanıb

  • By Günel
  • 22 Noyabr 2024 21:04

BMT-nin italyalı 4 sülhməramlısı Livanın cənubundakı mövqelərinə döyüş mərmiləri düşməsi nəticəsində yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bəyanatında deyilir.

“Şamaadakı Qərb Sektor Komandanlığının qərargahına 122 mm-lik mərmi düşüb, nəticədə 4 italyan sülhməramlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, xoşbəxtlikdən həyatları təhlükə altında deyil”, – bəyanatda vurğulanıb. (“Report”)

Gununsesi.info