Samuxda yük və minik maşınları toqquşub, ölən var

  • By Günel
  • 22 Noyabr 2024 22:35

Samuxun Əhmədbəyli kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, “QAZ-53” markalı yük maşını ilə “VAZ” markalı minik maşınının toqquşması nəticəsində sonuncunun sürücüsü, 1985-ci il təvəllüldü C. Nəzərov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info