Dünyada bir ilk: - Robot cərrah ilə ikiqat ağciyər transplantasiyası həyata keçirildi

ABŞ-da robot cərrah ikiqat ağciyər transplantasiyası əməliyyatı həyata keçirib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, amerikalı cərrahlar robot texnologiyası sayəsində əməliyyatdan sonrakı ağrıların azaldığını bildirir.

O cümlədən xəstənin sağalma müddətinin qısaldığını da qeyd edirlər.

Qeyd edək ki, bu cür əməliyyatda dünyada ilk dəfə həyata keçirilib və bunun artacağı deyilir.

Orxan Saffari

Gununsesi.info