
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun ictimai sağlamlıq üçün fövqəladə vəziyyət yaratmağa davam etdiyini bildirdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamada, hadisələrin artan sayına və coğrafi yayılmasına baxılaraq, fövqəladə vəziyyətin davam etdirilməsinə qərar verildiyi bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı da epidemiyaya son qoymaq üçün beynəlxalq ictimaiyyəti həmrəyliyə çağırıb.
İlk dəfə Afrikada görülən virus Avropaya da çatıb.
Hadisələr İngiltərə və Almaniyada aşkarlanıb.
Orxan Saffari