Azərbaycanlı diplomat Türkiyədə 70 kq qızılla həbs edildi

  • By Günel
  • 22 Noyabr 2024 23:40

İstanbulda “Sarıyer” ticarət mərkəzinin yaxınlığında azərbaycanlı diplomat saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbərlər yayılıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşı M.G.Ş. adlı şübhəli Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında taksidə olarkən polis qrupları tərəfindən saxlanılıb.

Onun İstanbul Prokurorluğu tərəfindən verilən təlimat çərçivəsində saxlanıldığı bildirilib.

Şübhəli şəxs xüsusi xidmət orqanlarının əməkdaşlarına məhsulların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info