İsrailin Beyrutda hücumu nəticəsində 4 nəfər ölüb, binalar dağıntılara çevrilib

İsrail Livana qarşı bombardmanlarını davam etdirir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, paytaxt Beyruta edilən son hücumda 4 nəfər həyatını itirib, binalarda geniş dağıntılar olub.

Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Beyrutda Basta əl-Favqanı hədəf aldığı qeyd edilib.

İsrail ordusundan Basta bölgəsi üçün təxliyə xəbərdarlığı olmayıb.

NNA həmçinin bildirib ki, İsrail təyyarələri Basta şəhərinin fəhlə məhəlləsindəki binaya 6 raket atıb, yaxınlıqdakı binaların geniş şəkildə dağılmasına səbəb olub.

Orxan Saffari

Gununsesi.info