İsrail mətbuatından şok iddia: 6 İsrail əsgəri intihar edib

  • By Günel
  • 23 Noyabr 2024 10:54

İsrail mediası Qəzza zolağında və Livanın cənubundakı qarşıdurmalarda iştirak edən ən azı 6 İsrail əsgərinin psixoloji problemlərə görə intihar etdiyini bildirib.

Gununsesi.info xarici  KİV – ə istinadən xəbər verir ki, Yedioth Ahronoth qəzeti İsrailin son aylarda Qəzza və Livanda təşkil etdiyi hücumlarda uzun müddət xidmət etdikdən sonra psixologiyası pozulan ən az 6 İsrail əsgərinin intihar etdiyini bildirib.

Qeyd olunur ki, intihar edən İsrail əsgərlərinin sayının daha çox olduğu təxmin edilir, lakin İsrail ordusu bu günə qədər bu məsələ ilə bağlı rəsmi məlumatları paylaşmaqdan imtina edib və ilin sonunda bu məlumatları paylaşacağını bildirib.

İsrail basınından şok edici iddia: En az 6 İsrail askeri intihar etti

İsrail ordusunun yaratdığı ruhi sağlamlıq klinikalarına minlərlə İsrail əsgərinin müraciət etdiyi bildirilib.

Belə ki, müharibə səbəbiylə psixologiyası zədələnən əsgərlərin sayının yaralananlardan çox olacağı təxmin edilirdi.

İsrailin Qəzza və Livandakı hücumlarına qatıldığı üçün psixologiyası pozulan İsrail əsgərlərinin təxminən üçdə birinin “travma sonrası stress pozğunluğu”ndan əziyyət çəkdiyi diqqətə çatdırılıb.

Hərbi ekspertlər İsrail əsgərlərinin psixoloji vəziyyəti ilə bağlı İsrail ordusunun döyüş əməliyyatları başa çatdıqdan sonra “yarı normal həyata” keçməsini proqnozlaşdırıblar.

İsrail ordusunun Psixi Sağlamlıq İdarəsinin rəisi Lucian Lior mart ayında Haaretz qəzetinə verdiyi açıqlamada təxminən 1700 İsrail əsgərinin psixoloji müalicə aldığını bildirmişdir.

Günel Həsənova

Gununsesi.info