Şahin Bağırov dərmanın bahalığına görə gömrüyü günahlandırmağın əleyhinədir - 2-3 qutu “Aspirin” gətirənə bir söz deyilmir

  • By admin
  • 13 Dekabr 2022 13:56

 

Millət vəkili Vahid Əhmədovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dərmanların baha olmasına dair tənqidi çıxışına iclasda iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov münasibət  bildirib.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, Şahin Bağırov dərmanların baha olmasına görə gömrüyü günahlandırmağın doğru olmadını deyib: “Bir çox hallarda gedib dərmanı ölkəyə gətirirlər, biz dərmanı külli miqdarda buraxa bilmirik. İnanın mənə, 2-3 qutu “Aspirin” gətirənə gömrük əməkdaşı heç bir söz demir. Lakin elə dərmanlar var ki, onlar oxunmalıdır, baxılmaldır:

Qiymət məsələsinə gəlincə, qiymətlər gömrüklə bağlı deyil. Dərmanlara gömrük rüsumü yoxdur, yalnız ƏDV var. ƏDV də çox elə deyil. Dərmanlar ƏDV-dən azad oluna bilər”.

 

Afət Abbasova

Gununsesi.info