
Son illərdə dünya ölkələrinin üzərində baş sındırdığı HAARP texnologiyası (silahı) haqqında bir çox araşdırmalar aparılır.
Gununsesi.info xarici mətbuata istinadən bütün dünyanı düşündürən bu texologiya haqqında maraqlı bilgiləri sizə təqdim edir.
HAARP Azərbaycan Türkcəsində Yüksək Tezlikli Təsirli Günəşli Araşdırma Proqramı olaraq tərcümə edilən Amerikanın Alyaska bölgəsində olan elmi bir proyektdir.
TƏSİRLƏRİ NƏLƏRDİR?
Yetkililərə görə bunun məqsədi raketləri havada darmadağın etmək, torpağın altını analiz etmək, dənizaltı silahlarla xəbərləşməni asanlaşdırmaq və böyük bir sahədə bütün rabitəni kəsmək kimi çox çeşidli məqsədləri var.
Amerikanın ən tanınmış geofizikçilərindən birinə görə isə, bu texnologiya iqlimləri dəyişdirmək, Ozon təbəqəsi ilə oynamaq, zəlzələ yaratmaq, şüa yaymayan termonüvə partlamaları yaratmaq üçün işlədilən qorxunc gücə sahibdir.
HAARP LAYİHƏSİNİN DETALLARI
HAARP ionosferin özəlliklərini və davranışlarını araşdırmaq üçün Alyaska Universiteti ilə ortaq aparılan bir layihə sonucunda qurulub. Günümüzdə Pentaqon tərəfindən kontrol edilməkdədir və ABŞ ordusunun xidmətindədir. Hərbi məqsədlər üçün istifadə edilir.
İddialara görə proyektin qurulmuş olduğu Alyaskada 180 dənə böyük antennalar var. Bunantennalar ilə yaradılan maqnit dalğaları yetkililərin verdiyi açıqlamalaraı görə, “Gələ biləcək raketləri havadaykən məhv etmə, atmosferin durumuna müdaxilə etmə, analizlər atmə, dənizaltı silahlı gəmilərlə xəbərləşməni asanlaşdırma” kimi funksiyaları var.

HAARP texnologiyasının qurulmuş olduğu bölgələrə hansısa bir təyyarənin yaxınlaşması yasaqdır. Elektromaqnit dalğaları üzərində edilən çalışmalar olan bölgələr təyyarələr üçün olduqca təhlükəlidir.

Tərcümə: Arzu Sayadoğlu