Putin 10 illik ənənəsini pozdu

  • By admin
  • 13 Dekabr 2022 08:57

Kreml Rusiya prezidenti Vladimir Putinin bu il ənənəvi il sonu mətbuat konfransı keçirməyəcəyini açıqlayıb.

Bu barədə Gununsesi.info-nun xəbərində deyilir ki, brifinqin ləğv edilmə səbəbi açıqlanmayıb. Bu isə o deməkdir ki, Putin son 10 ildə ilk dəfə olaraq televiziyada jurnalistlərin sualları vasitəsilə ilin qiymətləndirməsini və gələn il üçün planlarını açıqlamayacaq.

HTML tutorial

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rus mediasına  Putininin gələcəkdə  mətbuata danışmaq üçün başqa bir fürsət tapacağına ümid etdiklərini ifadə edib.

Ancaq ekspertlər hesab edir ki, Putinin bu qərarına səbəb onun müstəqil yerli media və xarici jurnalistlərin çətin sualları olub.

Çünki indiyədək Putin bu cür suallarla rastlaşıb.

Hazırda isə Ukraynaya işğal həyata keçirən Putin dünyanın nifrətini qazanıb.

 

Günay Təhməzova

Gununsesi.info