Hüquq müdafiəçiləri Vilayət Eyvazovla görüşüb -ÖZƏL

Azərbaycanın bir sıra hüquq müdafiəçiləri- Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı daxili işlər naziri Vilayət Eyvazovla görüşüb.

Gununsesi.info-nun xəbərinə görə bir neçə gün əvvəl baş tutan görüşdə Azərbaycanda siyasi məhbusların taleyi və insan hüquqları ilə bağlı müzakirlələr aparılıb. Gununsesi.info-ya açıqlamasında  görüşü təsdiq edən Novilla Cəfəroğlu bildirib ki, həmin görüşdə kifayət qədər geniş müzakirələr aparıb:

HTML tutorial

“Biz görüşdə siyasi məhbusların məsələsini müzakirə etdik. Bilirsiniz ki, Vilayət Eyvazov həm də Əfv Komissiyasının üzvüdür.

Bundan başqa ölkədə geniş yayılmış narkotiklərin qarşınsının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə narahatçılığımızı nazirin diqqətinə çatırdıq.

Biz təklif etdik ki, bu iş çox ağır bir işdir, polis buna qarşı mübarizə aparsa da cəmiyyətin dəstəyi vacibdir.

Nazir bizim fikirlərimizi qəbul etdi. Bildirdik ki, narkotiklərə qarşı mübarizədə Daxili İşlər Nazirliyi vətəndaş cəmiyyəti qurumları ilə də, əməkdaşlıq etməlidir, cəmiyyət də bu prosesə cəlb olunmalıdır”.

Mətləb Yaqublu
Gununsesi.info