Cinayət Məcəlləsinin 221.1 və 289.1 ci maddələrinə  görə həbs-qətimkan tədbiri seçilə bilməz -VƏKİL DANIŞIR

  • By admin
  • 12 Dekabr 2022 21:47

Mən Bəxtiyar barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsini qanunsuz və əsassız hesab edirəm. Cinayət Məcəlləsinin 221.1 və 289.1 ci maddələrinə  görə həbs-qətimkan tədbiri seçilə bilməz. Cinayət Prosessual Məcəlləsinin 155.3.1 maddəsinə əsasən 2 ildən artıq cəza müəyyən edilən maddələr üzrə ittiham elan olunarsa, həbs -qətimkan tədbiri seçilə bilər. Cinayət Məcəlləsinin 221.1 ci maddəsinə əsasən maksimum 1 il və 289.1 – ci maddəsinə əsasən 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulduğundan ümumiyyətlə, həbs qətimkan tədbiri seçilə bilməz”.

 

HTML tutorial

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Ramil Rüstəmov siyasi fəal Bəxtiyar Hacıyevin barəsində çıxarılmış həbs qərarını şərh edərkən deyib.

Vəkilin sözlərinə görə, Xətai Məhkəməsinin hakimi bu qərarı ilə Avropa İnsan Hüquqları Konvensiyasının 5 və 6 cı maddəsini kobud şəkildə pozub: “Həmçinin,  haqqında sözügedən olay aylar əvvəl baş verib. Bu qərara görə, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan dövlətinə qarşı qərar çıxaracaq “.

Elmar 

Gununsesi.info