Suni körpə emalı təsisi – Dünya yeni texnoloji çağa doğru / "Hər il on minlərləsi istehsal ediləcək"

  • By arzu
  • 12 Dekabr 2022 17:59

Dünya çapında əhali artımı mövzu çəkişmələrinə çevrilərkən yeni bir texnoloji həmlə insanların marağına səbəb olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, suni zəkanın köməyi ilə minlərlə körpəno yarada biləcək bir texnologiya işə salınır.
“Forbes”də yayımlanan bir məqalədə “suni insan istehsalının insanlığın həyatda qala bilməsi üçün araşdırılmalı olan bir başlıq olduğu” irəli sürülüb.

HTML tutorial

Bununla bağlı araşdırmalar aparan Yəmən əsilli molekulyar bio-texnologiya mütəxəssisi Haşem Əl-Ğaili Exto Life adlı suni bətn təsisi ilə dünyada 30 min körpənin istehsal edilə biləcəyini irəli sürür.

Əl-Ğəlili “Sceince and Stuff”a verdiyi açıqlamasında Exto Life təsisinin bir gün ənənəvi doğum texnikalarının yerinə keçə biləcəyini müdafiə edir.

Mütəxəssisə görə hammiləlik mövzusunda çətinliklər yaşayan valideynlər bətn təsisləri vasitəsi ilə ehtiyaclarını qarşılaya biləcəklər. o, ayrıca, Ecto Life və bənzəri çalışmaları ilə azsaylı istehsalı qarşılaya biləcəklərini iddia edir.

Bu kimi tətbiqlərin nə kimi məqsədlərlə işlədiləcəyi və insanlar üçün necə təhlükələr daşıdığı isə çəkişmələrin mövzusudur.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info