
Xəbər verdiyimiz kimi, cəmiyyətin, beynəlxalq ictimaiyyətin prinsipial və ardıcıl mübarizəsi öz bəhrəsini verdi və “Tərtər İşi” üzrə işgəncələr nəticəsində məhkum olunan daha bir neçə nəfər bəraət alaraq, azadlığa buraxıldı.
“Tərtər İşi”nin üstünün açılması üçün ciddi şəkildə çalışan ekspert Ərəstun Oruclu Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.
O, bildirib ki, bu fakt uzun illər bu cinayəti törədən və onun üstünün açılmasını əngəlləyən yüksək vəzifəli şəxslərin məğlubiyyətidir: “Düzdür, onlarla insanın həyatı məhv oldu. Ölənlər oldu, amma nə yaxşı ki, vaxtilə Avropa Şurasının tələblərinə əsasən Azərbaycanda ölüm hökmü ləğv edilib. Yoxsa dünən 2 yox, 5, 7 və bəlkə də elə 12 nəfərə ölümündən sonra bəraət verilməsinin şahidi olardıq”.
Ərəstun Oruclu bildirib kk, indi növbə dövlətə xəyanət barədə saxta hökmləri çıxaran hakimlərindir.
Afət Abbasova
Gununsesi.info