Demokratik dəyərlər uğrunda mübarizə aparanları dəstəkləyəcəyik - ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili

  • By admin
  • 12 Dekabr 2022 13:33

ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Huqo Gevara 10 Dekabr- Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı çıxşında Azərbaycanda bu sahədə vəziyyətə nəzərə salıb.

Gununsesi.info-nun xəbərinə görə, ABŞ diplomatı bildirib ki, hüquq və azadlıqları dəyəri lap əvvəldən Amerika demokratiyasının əsasını təşkil edib: “Şəxsiyyətlərin, azlıqların azadlığının təminatı hər zaman  dəyər olub və olaraq qalır. Praktikada bu, həmin hüquqların təmin edilməsi üçün mübarizə aparmaq, müdafiə olunmayan vətəndaş qruplarına hücumların qarşısını almaq deməkdir”.

HTML tutorial

Bu çətin işə görə Azərbaycanın hüquq müdafiəçilərini və vətəndaş cəmiyyəti fəallarını alqışlayan Gevara daha sonra əlavə edib: “Bu səbəbdən biz Bəxtiyar Hacıyevin həbsi barədə  məlumatdan çox narahatıq. Prezident Baydenin sözlərini xatırladıram ki, ABŞ hər yerdə demokratik dəyərlər və azadlıq uğrunda mübarizə aparan hüquq müdafiəçiləri, fəallar və jurnalistləri dəstəkləyəcək”.

 

Günay

Gununsesi.info