Dünya böyük təlaşda: Çin və Hindistan orduları sərhəddə toqquşdu

  • By arzu
  • 13 Dekabr 2022 16:39

Çin və Hindistanın Himalay dağlarındakı ixtilaflı sərhəd bölgəsində toqquşma yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, parlamentdə millət vəkillərinə açıqlama verən Hindistanın Müdafiə Naziri Racnat Sinq çinli əsgərlərin bölgədəki status-kvonu tək tərəfli olaraq dəyişdirməyə çalışaraq Yantszı çayı yaxınlarında hind torpaqlarına girdiyini söyləyib. Nazir hind əsgərləri arasında ciddi yaralıların olmadığını və hər iki tərəfin də qısa müddət sonra geri çəkildiyini vurğulayıb.

“ANI News”un xəbərinə görə, 9 dekabrda iki ölkə arasındakı naməlum sərhəd xətti açıqlayan Hərəkət Nəzarət Xətti boyunca yaşanan toqquşma nəticəsində iki tərəfdən də yaralılar olub.

HTML tutorial

Hindistanın bölgədəki yüksək rütbəli hərbçisi “Barışıq və sükunəti yenidən təsis etmək” üçün mövzunu çinli həmkarları ilə danışmaq üçün toplantı keçirib.

Xatırladaq ki, Çin və Hindistanın Himalay dağlarındakı ixtilaflı sərhəd bölgəsindən qarşılıqlı olaraq əsgərlərini geri çəkmə prosesi 14 sentybarda tamamlanmışdı.

 

Tərcümə:   Arzu Sayadoğlu

Gununsesi.info