
Türkiyənin Mardin şəhərində yaşayan və dünyanın ən uzun adamı olan Sultan Kösen doğum günündə yeni açıqlaması ilə gündəm olub
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşına adlayan dünyanın ən uzun boylusu öz boyuna uyğun avtomobilin istehsal edilməsini arzulayır.
2 metr 51 sm. boyu olan adam 13 ildir ki, dünyanın ən hündür adamı ünvanını qoruyur. Ailəsi ilə birlikdə ad gününü keçirən Sultan bütün dünyaya barışıq, xoşbəxtlik və hüzur arzulayıb.
Ölkə içindən və xaricindən sevənləri ona telefon zəngi edərək təbriklərini söyləyiblər. Boyunun uzunluğuna görə, Cinnesin “Rekordlar” kitabına girən Sultan 13 ildir ki, yer üzünün ən hündürboylusu olaraq tanınır.
“Özüm üçün boyuma uyğun avtomobilin hazırlanmasını diləyirəm. Bir də Mardin şəhərində “Sultan Kösen” muzeyinin hazırlanmasını istərdim” , – deyə arzularını açıqlayıb.
127 ölkənigəzdiyini söyləyən və Türkiyəni qürurla tanıtdığını bildirən Sultan Kösen hər kəsə təbriklərə görə təşəkkürlərini bildirib.

Tərcümə: Arzu Sayadoğlu