Novella Cəfəroğlu: “Apellyasiya Məhkəməsi bu səhvi aradan qaldırmalıdır”

“Bütün Beynəlxalq təşlilatların gözü qarşısında Bəxtiyar Hacıyevi bu formada həbs etmək, Azərbaycanın həmin təşkilatlatlarla üz-üzə qoymaqdan başqa bir şey deyil”.

Bunu Gununsesi.info-ya açıqlamasında insan haqlarının müdafiəçisi Novella Cəfəroğlu deyib.

HTML tutorial

O bildirib ki, Bəxtiyar Hacıyevin həbsi gözlənilən reaksiyanı verib:

“Əgər Bəxtiyar Hacıyev məhkəməyə hörmətsilik etmişdisə, onu cərimlələmək olardı. Vəkillərin müsahibələrini oxuyuram , onlar bildirir ki, indiyə qədər həmin maddələrə hələ heç kəsə həbs-qətimkan tədbiri seçilməyib. Ona görə də hesab edirəm ki, bu məsələ təcili şəkildə həllini tapmlıdır.

Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxış olacaq. Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin bu səhvini dərhal aradan qaldırmalıdır”

Gununsesi.info