ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına belə reaksiya verdi

  • By admin
  • 30 Aprel 2024 10:20

Amerika Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanmasına münasibət bildirib.

 

Gununsesi.info-nun xəbərinə görə, ABŞ səfirliyinin mətbuat katibi Vanessa Zenci “Amerikanın Səsi”nin sorğusuna cavabında bunları deyib:

“Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin – ən son isə Anar Məmmədlinin, – həbslərinin davam etməsi bizi çox narahat edir. Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə çağırırıq”.

Xatırladaq ki, Anar Məmmədli iki gün əvvəl saxlanılan Anar Məmmədlinin özünün və valideynlərinin mənzilində axtarış aparılıb.

Afət

Gununsesi.info