
Dünən ABŞ Dövlət katibi Antoni Blinken İlham Əliyevə zəng edib.
Gununsesi.info bildirir ki, telefon danışığı zamanı Azərbaycan Ermənistan məsələsi ilə bağlı ölkəmizdə insan haqlarının da durumuna toxunulub.
Blinken insan haqları ilə bağlı vəziyyətə də toxunduğunu, həbs edilənlərin azad edilməsinə çağırış etdiyini açıqlayıb:
“O, Azərbaycanın Qubad İbadoğlunu ev dustaqlığına buraxmasını humanitar jest kimi alqışlayıb və onun tez bir zamanda azad edilməsini xahiş edib. Dövlət katibi Blinken Azərbaycanı bir daha insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyi xahiş edib”.
Gununsesi.info