Rusiyanın daha dörd telekanalının yayımı dayandırılır

Avropa İttifaqının hakimiyyət orqanları Rusiyanın daha dörd telekanalının yayımını dayandırmaq haqqında qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilir. Bəyanata əsasən, Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində NTV, “Rossiya 1”, REN TV və “Pervıy kanal”ın yayım lisenziyalarının fəaliyyətinin dayandırılması prosesinə başlanılıb.

HTML tutorial

Aİ rəsmilərinin sözlərinə görə, bu telekanallar daim Rusiya rəhbərliyinin birbaşa və ya dolayı nəzarəti altındadır, onlardan fasiləsiz və koordinasiyalı dezinformasiya, habelə təbliğat üçün istifadə olunur.

Avropa İttifaqı Şurası bu gün Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təsdiqləyib. Yeni sanksiyalar, həmçinin mədənçıxarma və energetika sektorlarına qarşı məhdudiyyətləri, kosmik sənaye məhsullarının və dronların ixracına qadağaları nəzərdə tutur.

Gununsesi.info