
Türkiyədə Diyarbəkir – Mardin yolunda polisləri daşıyan avtomobilin yaxınlığında partlayış törədilib.
Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, içərisində polislərin olduğu xidməti avtomobil hərəkət edərkən yol kənarında içərisində bomba olan digər bir maşın partladılıb.
Hadisə nəticəsində 9 nəfər yaralanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını bildirib.
İnsidentlə bağlı araşdırma davam etdirilir.


Gununsesi.info